Ölkədəki narkomanların sayı açıqlandı

Ölkədəki narkomanların sayı açıqlandı
  26 Noyabr 2021    Oxunub:802
2021-ci ilin 10 ayı ərzində Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 600 nəfər istiqamətləndirilib.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 981 nəfərindən 2 193-nün istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

AzVision.az


Teqlər: Narkoman  





Xəbər lenti