Ermənistan faşizm qoxumağa başlayıb

// Sahib Alıyev: “Beynəlxalq qurumlar reaksiya verməlidir”

   Ermənistan faşizm qoxumağa başlayıb
  26 Noyabr 2021    Oxunub:1392
Ermənistan parlamentinin keçmiş deputatı, “Ərik diyarı” partiyasının sədri Zarui Postancyan türkləri təhqir edən fikir səsləndirib. O deyib ki, “türklər iy verirlər, onların yaşadığı evlərdən də pis iy gəlir”.
- Birincisi, Zarui Postancyanın özünün fikrindən çox pis iy gəlir,- Milli Məclisin deputatı Sahib Alıyev AzVision.az-a deyib, - Bu, nasizm iyidir. İkincisi, azərbaycanlılara qarşı etnik təmizləmə aparan bir ölkənin deputatının bu cür çıxış etməsində təəccüblü heç nə yoxdur. Və bu bir daha onu göstərir ki, Ermənistanda, ən azından, onun “siyasi elita” adlandırılan təbəqəsində nasizm, rasizm və ksenofobiya xəstəliyinə total yoluxma var.

Alıyev bildirib ki, Postancıyanın sözləri əslində Ermənistanın eks-prezidenti Robert Köçəryanın 2003-cü ilin yanvarında azərbaycanlılarla ermənilərin etnik uyğunsuzluğu haqda dediklərinin fərqli şəkildə təkrarıdır. Postancyanla Köçəryanın azərbaycanlılara yanaşmada işlətdikləri ifadələri Hitler və ona bənzərlər yəhudilərə qarşı işlədirdi. Onların sonunun necə qurtarmasından postancıyanlar və köçəryanlar dərs çıxarmalıdırlar.

“İnsan haqlarından ağız dolusu danışmağı sevən bəlli beynəlxalq qurumlar isə Ermənistan təmsilçilərinin bu qəbildən olan açıqlamalarını görməzliyə vurmamalıdırlar. Ermənistan siyasi elitasının tutulduğu bu nasizm xəstəliyinin geniş yayılmamasının da yolu peyvənddən keçir və burada peyvənd rolunu onlardan gözlənilən sərt, prinsipial tənqid oynaya bilər”,- deputat vurğulayıb.

AzVision.az



Teqlər: Ermənistan   Faşizm  





Xəbər lenti