Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb

 Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb
  26 Noyabr 2021    Oxunub:1368
"Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlər müəyyən edəcək”.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar. Ümid edirik ki, görüşdə bəyanatı imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”, - rusiyalı diplomat vurğulayıb.

Rudenko əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var: “Bunlar həm nəqliyyat kommunikasiyalarının bloklanmasına, həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür”.

AzVision.az



Teqlər: Rusiya   XİN  





Xəbər lenti