Paytaxtda daha 2 məktəb əyani tədrisə qayıtdı

Paytaxtda daha 2 məktəb əyani tədrisə qayıtdı
  26 Noyabr 2021    Oxunub:623
Paytaxtdakı 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az


Teqlər: Məktəb  



Xəbər lenti