Pərviz Müşərrəf edam oluna bilər
İslamabaddakı xüsusi məhkəmədə şəxsən iştirak edən Müşərrəf ona qarşı irəli sürülən bütün ittihamları əssasız adlandırıb.
İttiham tərəfinin fikrincə, 2001-2008-ci illərdə prezident postunu tutan Pərviz Müşərrəf 2007-ci ildə dövlətə xəyanət edib.
Həmin il o, ölkədə fövqəladə vəziyyət elan edib və Ali məhkəmənin hakimlərini həbs etdirib. Pakistan qanunlarına görə, dövlətə xəyanət edən şəxs edam cəzası yaxud ömürlük həbslə cəzalandırılır.
Yerli mətbuatın məlumatına görə, “Taliban” və “Əl Qaidə” terror təşkilatları Müşərrəfə qarşı məhkəmə yolunda sui-qəsd planları hazırlayıb. Hakimiyyət rəsmləri isə sabiq prezidentin təhlükəsizliyini 2 min nəfər polisin təmin etdiyini açıqlayıb.
Xatırladaq ki, 2008-ci ildə istefa verdikdən sonra Biorləşmiş Ərəb Əmirliklərinə mühacirət edən Müşərrəf 2013-cü ilin martından parlament seçkilərində iştirak etmək üçqün yenidən vətəninə qayıdıb. Lakin həmin ilin aprelində həbs olunaraq ev dustağına çevrilib.
Vüqar İsmayılov
Teqlər: