"Gecikmədən yekun sülh müqaviləsi bağlamaq lazımdır" - Rusiya Prezidenti

   "Gecikmədən yekun sülh müqaviləsi bağlamaq lazımdır"    - Rusiya Prezidenti
  26 Noyabr 2021    Oxunub:1199
“Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib. Onun sözlərinə görə, dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır:
"Bu, inkişaf üçün vacibdir. Son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb. Lakin, təəssüf ki, bütün məsələlər hələ həllini tapmayıb. Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik. Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”.

Qeyd edək ki, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti