"Ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik" - Putin
“Mən Avropa İttifaqı Şurasının sədri cənab Mişellə danışmışam. O, sizi gözləyir. Lakin ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik. Bundan sonra isə başqa meydanlarda digər addımları atmaq olar. Bir daha təkrar edirəm ki, biz bu dialoqda tərəfdaşların artmasını alqışlayırıq. Başlıcası odur ki, bu işin xeyrinə olsun”, - V. Putin vurğulayıb.
Regionda dinc həyatın qurulması çərçivəsində üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrup yaradıldığını xatırladan V.Putin bildirib ki, yaxın vaxtlarda nəqliyyat yollarının açılması ilə bağlı həmin qrupun səlahiyyətləri təsdiqlənməlidir. Rusiya Prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri xüsusi xarakter daşıdığı üçün regiondakı vəziyyətin yoluna qoyulması da onlar üçün xüsusi əhəmiyyət kəsb edir.
AzVision.az