Pley-off mərhələsinin püşkü atıldı - DÇ-2022

   Pley-off mərhələsinin püşkü atıldı -    DÇ-2022
  26 Noyabr 2021    Oxunub:916
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.

Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:

A yolu

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya


Final

1 cütünün qalibi - 2 cütünün qalibi

B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

AzVision.az
Final

1 cütünün qalibi - 2 cütünün qalibi

C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə


Final

1 cütünün qalibi - 2 cütünün qalibi

Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti