Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

   Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib
  26 Noyabr 2021    Oxunub:1088
Vətən müharibəsindən sonra Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Humanitar məsələlər müzakirə olundu. Biz həmişə həm döyüş əməliyyatları zamanı, həm də ondan sonra humanitar qaydaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olmuşuq. Bildirməliyəm ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra saxlanılan yüzdən çox erməni hərbçi Ermənistan tərəfinə təhvil verilib”, - deyə Azərbaycan Prezidenti Əliyev qeyd edib.

AzVision.az


Teqlər: İlhamƏliyev  





Xəbər lenti