Putin Əliyevlə Paşinyanın Brüssel görüşünə toxundu

 Putin Əliyevlə Paşinyanın  Brüssel görüşünə  toxundu
  26 Noyabr 2021    Oxunub:839
Biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri sahmana salaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə bildirib.

Rusiya Prezidenti qeyd edib ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var.

“Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq”, - Vladimir Putin vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti