Ərdoğan Türkmənistana gedir

   Ərdoğan Türkmənistana gedir
  26 Noyabr 2021    Oxunub:661
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türkmənistana iki günlük səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak edəcək.

Rəsmi səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Türkmənistan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunacaq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan başqa görüş çərçivəsində digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti