Bayden pandemiyanın bitmə vaxtını açıqladı

Bayden pandemiyanın bitmə vaxtını açıqladı
  27 Noyabr 2021    Oxunub:817
Pandemiya dünyada bütün insanlar peyvənd edilməyincə bitməyəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

O bildirib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur.

"Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır", - ABŞ Prezidenti vurğulayıb.

AzVision.az



Teqlər: Bayden   Koronavirus  





Xəbər lenti