ABŞ-da bıçaqlı şəxs hərbi obyektin ərazisinə girməyə cəhd edib

ABŞ-da bıçaqlı şəxs hərbi obyektin ərazisinə girməyə cəhd edib
  27 Noyabr 2021    Oxunub:466
ABŞ-da naməlum şəxs San-Dieqoda (Kaliforniya ştatı) Dəniz Piyadaları Korpusunun hərbi qulluqçularının təlim mərkəzinin ərazisinə bıçaqla girməyə cəhd edib.
AzVision.az "CNN"ə istinadən xəbər verir ki, həmin şəxs güllələnərək öldürülüb.

Qeyd olunub ki, o, şəxs avtomobili ilə Dəniz Piyadaları Korpusunun yeni əsgərlərinin təlim keçdiyi hərbi keçid məntəqəsinə yaxınlaşıb. Mühafizəçilər ona dayanmağı əmr edib, lakin sürücü əlində bıçaqla maşından düşüb və onların üzərinə gedib.

Bir neçə dəfə xəbərdarlıqdan sonra mühafizəçilər atəş açmağa məcbur olublar. Naməlum şəxs yerindəcə ölüb. Hadisəni ABŞ Hərbi Dəniz Qüvvələrinin İstintaq Departamenti araşdırır.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ  





Xəbər lenti