Bayden tezliklə Putin və Zelenski ilə danışacaq

Bayden tezliklə Putin və Zelenski ilə danışacaq
  27 Noyabr 2021    Oxunub:766
ABŞ Prezidenti Co Bayden Rusiya və ukraynalı həmkarları - Vladimir Putin və Vladimir Zelenski ilə danışacağını deyib.
AzVision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Massaçusets ştatının Nantaket şəhərində jurnalistlərin qeyd edilən mövzu ilə bağlı sualına Bayden “böyük ehtimalla” cavabını verib.

ABŞ lideri, həmçinin Ukraynadakı vəziyyətdən və ölkədə planlaşdırılna dövlət çevrilişi ilə bağlı məlumatlardan narahat olduğunu söyləyib.

"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, bu cür istənilən addımlara etiraz edirik", - Bayden söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Co-Bayden  





Xəbər lenti