Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib

Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
  27 Noyabr 2021    Oxunub:868
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantını (B.1.1.529) “narahatlıq doğuran variant” hesab edib.
AzVision.az xəbər verir ki, gələcəkdə həmin varaint yunan əlifbasının “omicron” hərfi ilə tanınacaq.

ÜST klassifikasiyasına görə, yeni ştamm yüksək yoluxuculuq və ya xəstəliyin ağır gedişata malik variantlar sırasında yer alır. Ekspertlərin rəyinə əsasən, bu ştammın indiyədək məlum olan variantlarla müqayisədə daha yoluxucu və ya aqressiv olub-olmadığı yaxın həftələrdə aparılan araşdırmaların ilkin nəticələrində məlum olacaq.

Qeyd edilməlidir ki, indiyə kimi ÜST virusun alfa, beta, qamma və delta variantları “narahatlıq doğuran variant” kateqoriyasına daxil edib.

AzVision.az



Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti