Oğurluqda ittiham olunan qadının məhkəməsi başlayır
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızı evindən oğuluq olması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində uşağının dayəsi İsmayılova Gülnar Çingiz qızından şikayətçi olub.
Daxil olmuş ərizə əsasında araşdırmalara başlanılıb və fakta görə Cinayət məcəlləsinin 177.3.2-ci (oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan Gülnar İsmayılova isə həbs edilib.
Bildiirlib ki, G. İsmayılova əvvəllər Sevinc Orucovanın direktor olduğu məktəbdə laborant vəzifəsində çalışıb, sonra isə onun uşağının dayəsi olub.
AzVision.az
Teqlər: Oğurluq