Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi

Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
  27 Noyabr 2021    Oxunub:750
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib
AzVision.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.

Müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.



AzVision.az


Teqlər: DMX   Qəbul  





Xəbər lenti