Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
  27 Noyabr 2021    Oxunub:796
Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, “COVID-19” virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk edən Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti