Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb
  27 Noyabr 2021    Oxunub:589
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti