“COVID-19” pasportu olmayan 70 nəfər şənliyə buraxılmadı

“COVID-19” pasportu olmayan 70 nəfər şənliyə buraxılmadı
  27 Noyabr 2021    Oxunub:535
Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən AzVision.az -a verilən məlumata görə, monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az



Teqlər: COVIDpasport  





Xəbər lenti