Türkiyədə bütün seçkiləri görmüş qadın

Türkiyədə bütün seçkiləri görmüş qadın
  31 Mart 2014    Oxunub:976
Türkiyədə bələdiyyə seçkiləri zamanı Kayserinin İncesu mahalında 113 yaşlı nənənin səsverməsi ölkə mətbuatında maraqla qarşılanıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, 1901-ci il təvəllüdlü 7 uşaq anası Karaçavuş, Türkiyə Respublikası tarixində bu günə qədər keçirilən bütün seçkiləri görməsi ilə tarixə düşüb.

Bir əsrdən çox yaşayan, bir neçə dəfə seçkilərdə səsvermə hüququndan istifadə edən Karaçavuş, bu dəfəki seçkilərdə səs vermək istəyib və təcili yardım işçilərinin köməyi ilə seçki məntəqəsinə aparılıb. Qol çəkə bilmədiyi üçün səsvermə siyahısını barmaq basan Karaçavuş, elə təcili yardım işçilərinin köməyi ilə də evlərinə qaytarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti