Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub

Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub
  27 Noyabr 2021    Oxunub:649
Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti