Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb

   Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb
  27 Noyabr 2021    Oxunub:786
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Səfər çərçivəsində Ərdoğanla Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra mövzular müzakirə ediləcək.

Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

Ərdoğan noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.

AzVision.az



Teqlər: Türkiyə   Türkmənistan  





Xəbər lenti