“Qarabağ” “əsir” sözləri olmayan Bəyanat – Şərh

    “Qarabağ”  və  “əsir”  sözləri olmayan Bəyanat –    Şərh
  27 Noyabr 2021    Oxunub:4334
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putininin görüşü növbəti üçtərəfli Bəyanatın imzanması ilə başa çatdı.
Soçi görüşünün nəticələrinə aid qəbul edilən birgə Bəyanatda “Qarabağ” ifadəsinə rast gəlinmədi. Bu artıq Ermənistanın da mövcud reallıqları qəbul etməsi kimi anlaşılmalıdır.

Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə “dəhliz” ifadəsini işlətməklə Zəngəzur dəhlizi layihəsinin dəstəklədiyini nümayiş etdirməsi Ermənistan üçün ciddi bir siqnal olmalıdır.

Sərhədlərin delimitasiya və demarkasiyası da Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi prioritet məsələlərdən biri idi. Bu məsələnin yekun sənəddə əksini tapması Azərbaycanın hədəflərinə doğru atdığı növbəti uğurlu addımıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın bir ildir israrla təkid etdiyi, dünənki görüşdə də xüsusilə vurğuladığı əsir və ya girovlar məsələsi barədə isə Bəyanatda bir kəlmə də mövcud deyil. Azərbaycan Prezidentinin əsir və girovlarla bağlı gətirdiyi arqumentlər Paşinyanın kəkələyən tutuquşu kimi təkrarladığı saxta faktları neytrallaşdırdı.

Sayca üçüncü olan Bəyanatın tərkibinə baxdıqda məlum olur ki, Paşinyanın uydurduğu ənənəvi yalanlara artıq nə qonşuları, nə rəqibləri, nə də strateji müttəfiqləri inanırlar.

Ədalət Verdiyev, hərbi ekspert


Teqlər: Soçi-Görüşü  





Xəbər lenti