Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alındı
  27 Noyabr 2021    Oxunub:975
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı yüklərin içərisində şübhəli cizgilər müşahidə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, təkrar yoxlama nəticəsində isə həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5 min ədəd "Manchester" adlı siqaret aşkar edilib.

AzVision.az



Teqlər: Siqaret   Gömrük  





Xəbər lenti