CAR-dan Niderlanda gələn 61 nəfərdə koronavirus aşkarlanıb

CAR-dan Niderlanda gələn 61 nəfərdə koronavirus aşkarlanıb
  27 Noyabr 2021    Oxunub:1017
Cənubi Afrika Respublikasından (CAR) Niderlanda iki təyyarə reysi ilə gələn 600 sərnişindən 61-də COVID-19 aşkar edilib.
AzVision.az xəbər verir ki, CAR-dan gələn sərnişinlər gecə saatlarına qədər hava limanında saxlanılıblar, onların hamısı koronavirus üçün PCR testindən keçməli və nəticəni gözləməli idilər. Bildirilir ki, səyahət edənlərin koronavirusun hansı variantına yoluxduğu hələlik bəlli deyil.

Test nəticəsi mənfi olan sərnişinlərə hava limanını tərk etməyə icazə verilir. Onlar daha beş gün evdə karantində qalmalıdırlar. Testi müsbət çıxan sərnişinlər isə xüsusi təcrid olunmuş otelə yerləşdiriləcək.

Cümə günü Niderland hakimiyyəti koronavirusun Cənubi Afrikada qeydə alınan yeni “Omikron” variantının yayılmasının qarşısını almaq üçün bu ölkə də daxil olmaqla, Lesoto, Esvatini, Botsvana, Namibiya və Zimbabvedən uçuşlara qadağa qoyub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Niderland   CAR   Virus  





Xəbər lenti