Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

   Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq
  27 Noyabr 2021    Oxunub:592
Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında deyib.

Çavuşoğlu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatını nəticə yönümlü bir struktura çevirmək üçün daha çox çalışmalıyıq.

"Sənaye İnkişafı üzrə BMT-nin Qlobal Dayanıqlı Enerji Mərkəzləri Şəbəkəsinin bir hissəsi olaraq Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. Bunu məmuniyyətlə qarşılayırıq", - XİN rəhbəri söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İƏT  





Xəbər lenti