Almaniyada "Omikron"a ilk yoluxma aşkarlanıb

Almaniyada "Omikron"a ilk yoluxma aşkarlanıb
  27 Noyabr 2021    Oxunub:729
Almaniyada koronavirusun yeni ştammı olan “Omikron”a ilk yoluxma qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Hessen əyalətinin sosial məsələlər üzrə naziri Kay Kloz tvitterdə yazıb.

"Dünən gecə Cənubi Afrikadan qayıdan turistdə “Omikron”a xas olan bir neçə mutasiya aşkarlanıb. Şübhələr çox ciddidir, şəxs artıq karantinə göndərilib", - nazir deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada müəyyən edilmiş yeni B.1.1.529 koronavirus ştammını narahatlıq doğuran virus qrupuna aid edib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Almaniya  





Xəbər lenti