Pakistanda ilk dəfə qadın Silahlı Qüvvələrinin Tibbi Xidmətinin rəisi olub

Pakistanda ilk dəfə qadın Silahlı Qüvvələrinin Tibbi Xidmətinin rəisi olub
  27 Noyabr 2021    Oxunub:1120
Pakistanda ilk dəfə qadın general Silahlı Qüvvələrin tibb xidmətinin rəisi təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Qəmər Caved Bacva deyib.

Nyaqar Cohar Xan Silahlı Qüvvələrin Tibbi Xidmətində müxtəlif komanda və inzibati vəzifələrdə işləyib. 2017-ci ildə o, ölkədə Pakistan ordusunun general-mayoru rütbəsinə layiq görülən üçüncü qadın olub. 2020-ci ildə isə general-leytenant rütbəsi alan ilk pakistanlı qadın olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti