İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı olub

 İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı olub
  27 Noyabr 2021    Oxunub:1644
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
AzVision.az xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev   Belarus  





Xəbər lenti