Azərbaycanda 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

   Azərbaycanda 1 617 nəfər koronavirusa yoluxub,    22 nəfər ölüb
  27 Noyabr 2021    Oxunub:1324
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 nəfər vəfat edib. 26 999 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə ümumilikdə 5 509 701 test icra olunub.

AzVision.az



Teqlər: Azərbaycan   Virus  





Xəbər lenti