Kürdəmirdə mikroavtobus aşıb, 10 nəfər yaralanıb
Nəticədə sərnişinlə dolu olan mikroavtobus yol kənarındakı beton lövhəyə çırpılıb. Hadisə zamanı 10 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 56 yaşlı Tərtər rayon sakini İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri olan 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı və 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızıdır. Hadisə zamanı yaralananlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: Qəza