Daha iki ölkə Cənubi Afrika ölkələrinə aviareysləri dayandırıb
Səudiyyə Ərəbistanının SPA agentliyinin məlumatına görə, krallığın Daxili İşlər Nazirliyi yuxarıda göstərilən ölkələrdən tranzit yolu ilə gələnlərin, COVID-19 vaksini sertifikatı olmasından asılı olmayaraq, 5 gün müddətinə karantinə alınması barədə göstəriş verib. Bundan başqa, Səudiyyə Ərəbistanı vətəndaşlarına Cənubi Afrika ölkələrinə səyahət etməmək tövsiyə edilib.
Misir hökuməti də Afrikanın cənubuna səyahətləri qadağan edib. Bu ölkənin “Egyptair” aviaşirkəti CAR və “Omrikon” variantının yayıldığı digər ölkələri aviareysləri dayandırıb.
AzVision.az
Teqlər: Afrika