Prezident nazirin andiçməsini şüşə arakəsmədən izlədi

   Prezident nazirin andiçməsini şüşə arakəsmədən izlədi
  28 Noyabr 2021    Oxunub:404
Çexiya dövlətinin rəhbəri Miloş Zeman Demokratik Vətəndaş Partiyasının lideri Peter Fialanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin edib.
AzVision.az xəbər verir ki, bu münasibətlə bu gün dövlət başçısının iqamətgahında xüsusi mərasim keçirilib.

Mərasim qeyri-adi rejimdə keçirilib: Miloş Zemanın COVID-19 testi müsbət nəticə verdiyi üçün o, şüşə arakəsmə arxasında idi.

Peter Fiala ona göstərilmiş etimada görə Prezidentə təşəkkürünü bildirib. O, yeni hökumətin güclü və sabit olacağını vəd edib və ölkədə mövcud çətinliklərin aradan qaldırılmasında yeni hökumətə kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

AzVision.az

Teqlər: Çexiya  







Xəbər lenti