Putinlə Baydenin görüşü bu il baş tuta bilər - Kreml

Putinlə Baydenin görüşü bu il baş tuta bilər -    Kreml
  28 Noyabr 2021    Oxunub:964
Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünün tarixi hələ müəyyən edilməyib, lakin Kreml bunun bu il baş tutacağına ümid edir.
"Ümid edirik ki, görüş ilin sonuna qədər baş tuta biləcək. Amma hələ ki, dəqiq tarix yoxdur", -deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, çox güman ki, danışıqlar videokonfrans formatında baş tutacaq.

Ötən bazar günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, sammitə hərtərəfli hazırlıq gedir. Onun sözlərinə görə, “gündəm böyükdür”. Xarici işlər naziri Sergey Lavrovun da qeyd etdiyi kimi, prezidentlərin mümkün görüşündə Ukrayna da müzakirə olunacaq.

Öz növbəsində, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı qeyd edib ki, Vaşinqton hələlik ABŞ və Rusiya prezidentləri arasında gözlənilən hər hansı təmasları elan etməyə hazır deyil.


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti