Omikron ştammı digər növlərdən daha yolxucudur? - ÜST-dən açıqlama

Omikron ştammı digər növlərdən daha yolxucudur? -    ÜST-dən açıqlama
  28 Noyabr 2021    Oxunub:994
Ümumdünya Səhiyyə Təşkilatı omikron ştammının koronavirusun digər növlərindən daha yoluxucu olması ilə bağlı hələlik məlumatlı deyil.
Bu barədə bazar günü onun Cenevrədəki qərargahı məlumat verib.

"Omikronun delta variantı da daxil olmaqla, digər variantlarla müqayisədə daha yoluxucu olub-olmadığı hələ aydın deyil", - təşkilat qeyd edib.

ÜST-dən bildirilib ki, Cənubi Afrikada aşkar edilmiş yoluxma hallarının sayı bu ştamın təsirinə məruz qalan ərazilərdə artıb. Lakin hazırda epidemioloji tədqiqatlar bunun “omikron” və ya digər amillərlə bağlı olub-olmadığını müəyyən etməyə davam edəcək.

AzVision.az


Teqlər: ÜST  





Xəbər lenti