Ukrayna əhalisi 35 milyonadək azalacaq

   Ukrayna əhalisi 35 milyonadək azalacaq
  29 Noyabr 2021    Oxunub:1559
Ukrayna əhalisi 2050-ci ilə qədər 35 milyonadək azalacaq.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında məlumat yer alıb. Ukraynada əhalinin azalmasının əsas səbəbləri arasında aşağı məhsuldarlıq dərəcəsi, yüksək ölüm nisbəti, xarici miqrasiyanın miqyasında daimi artım dayanır.

Ukraynanın əhalisi Avropada daha tez qocalanlardan biridir, xüsusən də əhalinin beşdə birindən çoxu 60 yaşdan yuxarıdır. Bu, səhiyyə və pensiya xərclərinin artmasına səbəb olur ki, bu da dövlət büdcəsinə təzyiq göstərir. Hazırda Ukrayna əhalisinin sayı 37 milyondan çoxdur.

AzVision.az



Teqlər: Ukrayna   BMT  





Xəbər lenti