Azad edilmiş ərazilərdə daha 37 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 37 mina aşkarlanıb
  29 Noyabr 2021    Oxunub:286
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az

Teqlər: ANAMA  







Xəbər lenti