Gürcüstanda virusdan bir gündə 47 nəfər öldü

Gürcüstanda virusdan bir gündə 47 nəfər öldü
  29 Noyabr 2021    Oxunub:557
Gürcüstanda son sutka ərzində 1 954 nəfər koronavirusa yoluxub, 47 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Ümumilikdə Gürcüstanda koronavirusa 840 593 nəfər yoluxub, 11 974 nəfər ölüb.

Koronavirusa yoluxan 783 987 nəfər sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Virus  





Xəbər lenti