Ermənistanda virusa yoluxanların sayı 338 mini keçib

Ermənistanda virusa yoluxanların sayı 338 mini keçib
  29 Noyabr 2021    Oxunub:522
Ermənistanda son sutka ərzində daha 189 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 338 120 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 535-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1440 nəfərdir. Aktiv xəstələrin sayı 12 947 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti