“FEMEN” Ərdoğan üçün soyundu - FOTO

“FEMEN” Ərdoğan üçün soyundu - FOTO
  31 Mart 2014    Oxunub:1044
“FEMEN” qızlar Türkiyədə keçirilən bələdiyyə seçkilərinə etiraz edib.
“FEMEN”in Ukrayna hərəkatının bir neçə yarıçılpaq aktivistləri Türkiyədə keçirilən bələdiyyə seçkilərinə etiraz əlaməti olaraq Ərdoğanın səs verdiyi məktəbdə soyunublar.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki FEMEN qız Üsküdardakı Burhaniye Orta Məktəbinə gələrək səs vermək üçün seçki qutusuna yaxınlaşıblar. Onlar qəfildən “Ban Ərdoğan" ( Ərdoğanı qadağan edin! ) qışqıraraq soyunublar.

Polislər hər ikisini nəzarətə götürüb. Bir gecə polis nəzarətində qaldıqdan sonra FEMEN qızlar İstanbul Baş Prokurorluğuna sövq edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti