Keşişdən Paşinyana sərt sual: "Erməni əsgəri sizin üçün kişi sayılırmı?"

   Keşişdən Paşinyana sərt sual:    "Erməni əsgəri sizin üçün kişi sayılırmı?"
  29 Noyabr 2021    Oxunub:4691
Məşhur erməni keşiş Serop Azarian baş nazir Nikol Paşinyanı aşağılayan ifadələr işlədib. Ölkə rəhbərinə kinayəli suallar ünvanlayan radikal keşiş Ermənistanda transgenderlərə döyüşçülərdən çox dəyər verilməsindən gileylənib.
"Xəzər-Qafqaz regionunun dərin transformasiyası gedir"- Davtyan
- Mənim baş xainə bir neçə sualım var. Siz transgenderləri “şəxsi müdafiəniz altında olan” bir insan sayaraq 20 milyonluq bir filmə layiq görürsüz. O zaman deyin, Bakıda nə qədər erməni məhbus sizin “şəxsi müdafiəniz” altındadır? “Şəxsi müdafiəniz” altında neçə millimetr vətən torpağı var? Nə qədər qurbanı Yerablurda "şəxsi himayəniz"ə almışdınız? Neçə döyüşçü və erməni əsgərin-qurbanların qəhrəmanlıq əməllərini filmə layiq bildiniz? Heç olmasa birini deyin. Heç olmasa bir film tapıb göstərə bilərsinizmi?
İndi sizə son sual verirəm. Erməni əsgəri sizin üçün kişidir? Yerablura hörmətsizlik etməyin...

Qeyd edək ki, bir neçə il öncə transgender olan erməni ağırlıqqaldıran Meline Daluzyan haqqında film çəkilmişdi. Dövlət büdcəsindən isə filmin çəkilişi üçün 20 milyon dram(48 min dollar-red) ayrılmışdı.



Tural Tağıyev

AzVision.az



Teqlər:   Keşiş   Ermənistan   Film  





Xəbər lenti