Mediasiya Şurası fəaliyyətini genişləndirir – Statistika

   Mediasiya Şurası fəaliyyətini genişləndirir –    Statistika
  29 Noyabr 2021    Oxunub:2979
Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Mediaisya Şurasına müraciətlərin sayında ciddi dinamika var. Bunu AzVision.az-a Mediaisya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov deyib. O bildirib ki, Şuranın yeni yaranması, eyni zamanda Mediasiya praktikasının yeni formalaşması və bu sahədə ilk addımların olduğunu nəzərə alsaq, problemlər mövcuddur.
- Şura olaraq bu problemlərin öhdəsindən bizi əhatə edən ekosistemlə birgə gəlirik. Qarşıya çıxan məsələlərin çevik həlli ilə əlaqədar tədbirlərin görülməsini əsirgəmirik,- deyən N.Adilov qeyd edib ki, mediatorların hazırlanmasında Ədliyyə Akademiyasının xüsusi rolu var və Ədliyyə Akademiyası Mediaisya Şurası tərəfindən resyterdə qeydiyyata alınan yegənə təlim qrumudur. Bu günədək Ədliyyə Akademiyası tərəfindən mediatorların ilkin hazırlıq kursunu 354 şəxs bitirərək mediator sertifikatı alıb.

Hazırda Mediasiya Şurasının tam hüquqlu üzvlərinin sayı 278 nəfərdir. Vətəndaşlara xidmətdə aktiv fəaliyyət göstərən mediatorlarımızın sayı isə 230 nəfər təşkil edir. 230 mediator bütün ölkə üzrə Mediasiya Şurasına daxil olan ailə, əmək, kommersiya və istehlakçı mübahisələri üzrə vətəndaşlara xidmət göstərir. Bu 230 mediatordan 142 nəfəri Bakı şəhərində fəaliyyət göstərir. 6 nəfər Sumqayıt, 10 nəfər Gəncə, 2 nəfər Şəki, 2 nəfər Mingəçevir şəhərlərində fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mediatorların sayı isə 5 nəfərdir. Digər 35 şəhər və rayonda isə 63 mediator fəaliyyət göstərir. Mediatorlar barədə məlumatlar www.mediaisya.gov.az saytında yerləşdirilib. Vətəndaşlara xidmət göstərən mediatorlardan qadın mediatorların sayı 47 nəfər təşkil edir. Bu qadın mediatorlardan 37 nəfər Bakı şəhərində, 10 nəfər isə regionlarda fəaliyyət göstərir. Kişi mediatorların sayı isə 95 nəfərdir.

26 iyul 2021-ci ildən bu günədək Mediasiya Şurasına 12585 müraciət daxil olub. 9552 müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edildiyi üçün qeydiyyata alınaraq, 230 mediator arasında bölünüb. Daxil olan 12585 müraciətdəki natamam olan 3033 sənəddə imzaların, ünvanların, ərizə və təkliflərin mövcud olmaması, əks əlaqə üçün telefon nömrələrinin və ünvanların olmaması səbəbindən mediatorlar arasında bölüşdürülməyib. Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sənədləri natamam olan vətəndaşlara mümkün olan bütün əlaqə vasitələri ilə geri dönüş edilərək, qanunvericiliyin tələbləri izah edilərək sənədlərin düzgün tərib edilməsi ilə əlaqədar məsləhət verilib. Əlavə olaraq qeyd edək ki, vətəndaşlar tərəfindən könüllü surətdə mediatorlara edilən müraciətlərin sayı 1200-dən çox olub.

Mediatorların baxdığı 9552 işdən 740-a yaxını Kommersiya mübahisələri, 297 əmək mübahisəsi, 8515 iş isə ailə mübahisələrinin payına düşür.

Eyni zamanda qeyd etmək lazımdır ki, Mediasiya Şurası vətəndaş məmnunluğunu artırmaq və mediatorların fəaliyyətini dəyərləndirmək məqsədilə elektron formada mediatorların qiymətləndirilməsini buradan həyata keçirilir.


Teqlər: Mediasiya  





Xəbər lenti