Paytaxtda yeni yol salınır

Paytaxtda yeni yol salınır
  02 Aprel 2013    Oxunub:1103
Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər yeni yol inşa ediləcək. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq.
Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.


AzVision.az



Teqlər:  





Xəbər lenti