AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin dövlət başçısı Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun 8-ci Nazirlər Konfransında bildirib. Çin lideri Afrika ölkələrində, həmçinin 10 səhiyyə layihəsi həyata keçirməyi, qitəyə səhiyyə sahəsində 1500-dək mütəxəssis göndərməyi nəzərdə tutduqlarını da diqqətə çatdırıb.
Bu ilin sentyabrında Çin hökuməti Afrika ölkələrinə 100 milyon doza peyvənd dərmanı göndərəcəklərini açıqlamışdı. Dünyada koronavirusa qarşı peyvənd dərmanları istehsalının yarısından çoxu Çinin payına düşür.
AzVision.az