Dünyada virusa yoluxanların sayı 260 milyonu ötüb
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb - 47 837 599. Siyahıda sonrakı yerdə Hindistan (34 580 832), Braziliya (22 076 863), Böyük Britaniya (10 176 919), Rusiya (9 604 233), Türkiyə (8 746 055), Fransa (7 388 196), İran (6 108 882), Almaniya (5 791 060), Argentina (5 325 560), İspaniya (5 063 177) və Kolumbiya (5 063 177) qərarlaşıb.
Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. ABŞ-da 771 919 nəfər koronavirusun qurbanı olub. Siyahıda ikinci yerdə Braziliya (614 186 ölüm), üçüncü yerdə Hindistan (468 790) qərarlaşıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: ÜST Koronavirus