Avropa İttifaqı Lənkəranda yeni layihə icra edəcək

Avropa İttifaqı Lənkəranda yeni layihə icra edəcək
  30 Noyabr 2021    Oxunub:545
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Lənkərana səfər edib.
AzVision.az xəbər verir ki, səfər zamanı diplomat Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

İcra başçısı rayonun imkanları, həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, sahibkarlığın inkişafı üçün Lənkəranda hər bir şərait yaradılıb. Aİ iIə əməkdaşlığa toxunan T.Qaraşov söyləyib ki, bu istiqamətdə Lənkəranda böyük potensial var.

Səfir Mixalko deyib ki, Lənkəranda olmaqdan çox məmnundur. Avropa İttifaqı ilə Azərbaycan arasında çox güclü tərəfdaşlıq var. O deyib ki, Prezident İlham Əliyev ilə görüşdə Aİ ilə Azərbaycanın əməkdaşlığı və iş birliyi haqqında danışılıb. "Azərbaycanda mandatıma yeni başlamışam, mərkəzi hakimiyyətlə yanaşı, regional qurumlarla da görüşmək çox vacibdir. Azərbaycana gəldiyim ilk gündən insanların qonaqpərvərliyindən təsirləndim. Aİ-nin ən böyük layihələrindən biri məhz Lənkəranda həyata keçirilib. Avropa Gününü də Bakıdan kənarda ilk dəfə Lənkəranda təşkil etdik".

Səfir deyib ki, Aİ-nin Lənkəranda bu gün rəsmən açılışını edəcəyi "EU4Lankaran" layihəsi 2024- cü ilin sonuna kimi davam edəcək. Layihə biznesə, kənd təsərrüfatına dəstək, mədəniyyət sahəsi üzrə tədbirləri nəzərdə tutur.



Pərvanə Sultanova
AzVision.az


Teqlər:





Xəbər lenti