“Şəki” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Şəki” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb
  30 Noyabr 2021    Oxunub:265
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şəki” gəmi-bərəsi “Zığ” Gəmi Təmir və Tikintisi Zavodunda əsaslı təmir olunub.
AzVision.az ASCO-ya istinadən xəbər verir ki, təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Belə ki, gəmi-bərənin baş mühərrikləri təmir olunub, üç ədəd köməkçi mühərriki yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin, gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

Eyni zamanda “Şəki” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Uzunluğu 154,47 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir.

AzVision.az

Teqlər: ASCO   Şəki  







Xəbər lenti