Ermənistanda İES biabırçılığı: Paşinyan bir obyektin ikinci açılışını etdi

   Ermənistanda İES biabırçılığı:   Paşinyan bir obyektin ikinci açılışını etdi
  30 Noyabr 2021    Oxunub:966
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı ifşa edib. AzVision.az xəbər verir ki, müxalifyönlü media ölkə rəhbərinin cəmiyyətə bir dəfə təqdim olunmuş İstilik Elektrik Stansiyasını(İES) yenidən açılışını etməkdə günahlandırıb.
Siyasi şərhçi Qaqik Ambaryan Paşinyanı tənqid edərək deyib ki, xalqı belə gülünc doğuran addımlarla aldatmaq lazım deyil.

- Mən heç vaxt Serj Sarkisyanın fanatı olmamışam və olmayacağam da. Amma bu gün Nikol yenidən saxtakarlığa əl atdı. Ermənistanın baş naziri postunda olan bu kapitulyator İrəvanda "Renko" şirkətinin qurduğu və sanki indiki hökumətin dövründə təməli qoyularaq sərmayə yatırılmış kimi təqdim edilən İstilik Elektrik Stansiyasının açılışında iştirak etdi. İES 2019-cu ildə ərsəyə gəlib.
Amma problem ondadır ki, İES-in təməlinin qoyulması faktiki olaraq 2017-ci il martın 20-də, Serj Sarkisyanın prezidentliyi dövründə baş verib. Nikol və ona xidmət edənlərin bu məsələni saxtalaşdıraraq dividend qazanmağa çalışması sadəcə olaraq iyrəncdir...



"Paşinyanla əməkdaşlıq edənlər cəzasını alacaq"- Sarkisyan
Nikol Tata qalxaraq kanat yolunun və ya Kaskadın açılışını etsə, bir sürü adam da onun bu addımlarını alqışlarla qarşılayarsa, təəccüblənmərəm. Yeri gəlmişkən, Nikol Vanadzora gedərək özünün açdığı İran avtomobillərinin istehsalı üçün nəzərdə tutulan zavodun yaxud da məişət texnikası istehsal edən zavodun işləyib işləmədiyini yoxlasa yaxşı olar.

Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan da əvvəlki iqtidar dövründə reallaşan layihələrin indiki hakimiyyətin öz adına yozmağa çalışmasını gülməli addım kimi qiymətləndirib.



- Deməli, Serj Sarkisyanın 2017-ci ildə təqdim etdiyi obyekti yenidən açdılar. Yalnız Paşinyan belə bir təlxəklik edə bilərdi. Düşünürlər ki, insanlar yaddaşını tamamilə itiriblər, kimin nə etdiyini bilmirlər. İndi o ikinci dəfə açılışla məşğuldur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Açılış   İES   Ermənistan  





Xəbər lenti