Mediasiya Şurası ASAN könüllülərini işə götürdü

Mediasiya Şurası ASAN könüllülərini işə götürdü
  30 Noyabr 2021    Oxunub:1699
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlərlər görülməkdədir.
Bu tədbirlər çərçivəsində 29 mart 2019-cu il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi xüsusi vurğulanmalıdır. 2021-ci il iyulun 1-dən Qanun tam olaraq qüvvəyə minib və artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Vətəndaşlara keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi, vətəndaş məmnunluğunun artırılması Mediasiya Şurasının əsas prioritetləri sırasındadır. Bu prioritetlərin arasında Mediasiya Şurasının kadr potensialının gücləndirilməsi də mühüm yer tutur. Bu məqsədlə, ölkəmizin milli brendi olan ASAN Könüllülük Məktəbinin məzunlarından ibarət kadr bankından 5 ali təhsilli gənc Mediasiya Şurasının fəaliyyətinə cəlb edilərək, vətəndaşlarla kommunikasiyaların qurulması, vətəndaş müraciətlərinin qəbul edilərək mediatorlara yönləndirilməsi, eyni zamanda vətəndaşlardan daxil olan ərizə və şikayətlərin qəbul və Şuranın rəhbər orqanlarına təqdim edilməsi üzrə işlərin təşkilinə cəlb ediliblər. Artıq onlarla müvafiq müqavilələr imzalanıb.

Eyni zamanda məzun könüllülər gələcəkdə peşəkar kadr kimi formalaşmaları üçün Şura tərəfindən davamlı olaraq müxtəlif kurslara cəlb edilirlər. “ASAN Xidmət”in bütün sahələrdə olduğu kimi ölkəmizdə gənclərdən ibarət kadr potensialının formalaşmasında da mühüm rolu olduğu və eyni zamanda, ASAN Könüllülük Məktəbinin məzunlarından ibarət kadr bankını formalaşdıraraq, cəmiyyətin inkişafında yeni dəyər yaratdığı üçün Mediaisya Şurası “ASAN Xidmət”ə təşəkkürünü bildirib.


Teqlər: Mediasiya-Şurası   ASAN-könüllü  





Xəbər lenti